Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi

15:46 24.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən millət vəkili Qənirə Paşayevanın müalicəsi ilə bağlı bütün zəruri tədbirlər görülür.

Hafta.az-ın məlumatına görə, bu barədə millət vəkilinin qardaşı Hüseyn Paşayev bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkilinin müalicəsi ilə bağlı məsələlər Fond tərəfindən nəzarətə götürülüb:

“Bu gün səhər saatlarında Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov xəstəxanada olub. Heydər Əliyev Fondunun əməkdaşları xəstəxana ilə müntəzəm əlaqədədir və millət vəkilinin müalicəsi üzrə bütün zəruri dəstək və tədbirlər görülür”.

Oxunma sayı 63
Siyasət rubrikasından digər xəbərlər