Məkkə şəhərini su basıb

10:39 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqına səbəb olub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, yağış səbəbindən Məkkə-Ciddə magistral yolu bağlanıb. Bir çox avtomobillərə ziyan dəyib.

Suyun çəkilməsi üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçinin prosesə cəlb olunduğu bildirilib.

Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub.