Yazını böyüt
Yazını kiçilt
Belçikada Anvers şəhərində inşa olunan məktəb binası dağılıb. Faciə nəticəsində 3 nəfər ölüb. 4 nəfər isə hələ də dağıntılar altında qalıb.
Hafta.az xəbər verir ki, dağıntılar altından rumıniyalı və portuqaliyalı iki işçinin cəsədi çıxarılıb. Üçüncü cəsədin kimliyi isə hələlik bilinmir.
Olayda 9 kişi yaralanıb. 8-nin müalicəsi xəstəxanada davam etdirilir. Binanın nədən çökdüyü hələ bilinmir.