Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Adıyaman bölgəsində 8 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hafta.az-ın yazdığına görə, hazırda şagirdlər ciddi həkim nəzarətindədirlər. Deyilənə görə, şagirdlər Əmniyyət Orta məktəbində təhsil alırlar. Adları açıqlanmayan şagirdlərdən biri - 6-cı sinif şagirdi evdən hansısa bir kimyəvi təmizlik maddəsi gətirib, tənəffüs fasiləsində oturduğu masanı təmizləmək istəyib. Bu zaman kimyəvi maddənin qarışığından yaranan qoxu sinifdəki 8 şagirdi zəhərləyib.
Məktəb rəhbərliyinin çağırışı ilə ora gələn təcili tibbi yardım əməkdaşları şagirdlərin səkkizini də Adıyaman Qadın Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına aparıb. Hazırda şagirdlərin həyatı üçün heç bir təhlükə yoxdur.