Məktəbdə qadın meyiti tapıldı

15:40 24.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlaxda 84 yaşlı qadının meyiti tapılıb.

Hafta.az Trend-ə istinadən xəbər verir ki, tapılan qadın meyiti köhnə internat məktəbinin binasında aşkar edilib.

Meyitin Yevlax rayon sakini 1941-ci il təvəllüdlü Narınc Hüseyn qızı Quliyevaya aid olduğu müəyyən edilib.

İlkin müayinə zamanı onun infarkt keçirməsi nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.