Kanadanın Britanya Kolumbiyası əyalətində keçmiş yatılı məktəbin həyətində 215 yerli uşağın cəsədinin tapılması keçmişdə yerli xalqlara qarşı ayrıseçkiliyi və şiddəti yenidən gündəmə gətirib.
Hafta.az xəbər verir ki, 1890 və 1969-cu illər arasında Katolik Kilsəsinə bağlı olaraq fəaliyyət göstərən Kamloops Indian Yatılı Məktəbinin ərazisində keçən həftə sonu aparılan araşdırma, aralarında üç yaşındakı uşaqların da olduğu onlarca cəsədle birlikdə məktəbdə illərlə sürən şiddəti gün üzünə çıxarıb. Bölgədəki Tk'emlúps te Secwépemc yerli topluluğu kirayələdikləri özəl bir uzman vasitəsi ilə bölgədə yeraltı rada tarama cihazları vasitəsi ilə illərlə söylənilən, lakin heç cür təsdiqini tapmayan iddiaları doğrulayıb.
Tk'emlúps te Secwépemc Kukpi7 topluluğunun şefi Rosanne Casimirin sözlərinə görə, itən uşaqların ölümü rəsmiləşdirilməyib. O bildirib ki, ölən uşaqlarla bağlı hesabat hazırlanır və gələn ay açıqlanacaq.
İlk xalqlar olaraq tanınan kanadalı yerli ailələrdən gələn uşaqların təhsil aldığı məktəb 1969-cu ildə federal hökümətə təhvil veriləndən sonra tələbə yataqxanası kimi istifadə edilib.
Kanada'da 1830-cu ildən 1996-cı ilə kimi 150 mindən çox yerli uşağın yatılı məktəblərdə zorla təhsilə cəlb edildiyi bilinir. Rəsmi məlumatlara görə, bu uşaqlardan 4100-ü təhsil müddətində həyatını itirib. Lakin rəsmi qeydiyyata alınmayan ölüm hallarının həddən artıq çox olduğunu söyləyən mütəxəssislər əsl rəqəmin 10 mindən çox olduğu qənaətindədir.