Məktəblər bu halda BAĞLANACAQ – ŞƏRTLƏR AÇIQLANDI

15:29 11.02.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Əldə etdiyimiz məlumata görə, pandemiya ilə bağlı 1 həftəlik onlayn tədrisə keçirilən bəzi siniflər "Microsoft Teams" proqramı işləmədiyindən dərsləri “Zoom” tətbiqi ilə davam etdirirlər. Hətta yoluxmaların bu qədər çoxaldığı bir dövrdə qapanmalara gedilməməsinə səbəb kimi "Microsoft Teams"  tətbiqinin fəaliyyətində yaranan nasazlıq göstərilir.

Bəs görəsən bu iddialar nə dərəcədə doğrudur?

Sorğumuza Təhsil Nazirliyindən cavab ala bilməsək də, təhsil eksperti Kamran Əsədov söylədi ki, "Microsoft Teams" tətbiqinin istifadəsində heç bir nasazlıq yoxdur:

“Bu fikir çaşqınlıq yaratmaq məqsədilə müəyyən şəxslər tərəfindən ortalığa atılıb. Bilirsiniz ki, pandemiya ilə bağlı olaraq dərslərin bağlanma ehtimalı bir qədər artıb. Elə bu səbəbdən də insanlar arasında xof yaradırlar ki, guya teams proqramı işləmir, dərslər onlayn keçirilə bilməyəcək”.

Yaxın zamanlarda məktəblərin məsafədən tədrisə keçiriləcəyi xəbərlərinə gəldikdə isə, ekspert hesab edir ki, yaxın zamanlarda bu gözlənilmir:

“Səhiyyə Nazirliyinin dünənki açıqlamasına əsasən faktiki istifadə olunan çarpayılar və aktiv xəstə sayı məhdudiyyətlərin qoyulmasına səbəb deyil. Yoluxma sayındakı kəskin artım 2-3 həftə də bu cür davam edərsə, məktəblərin bağlanması bu halda mümkün ola bilər. Hazırda koronavirusun müalicəsi həyata keçirilən tibb müəsisələrində çarpayıların 20%-i tutulub. Göstəricilər 70-80%-ə çatdıqdan sonra müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Məktəblər bağlanacağı təqdirdə isə, "Microsoft Teams" tətbiqindən rahatlıqla istifadə etmək mümkün olacaq”.