Təəssüf ki, hər kəs aktyorun şəxsiyyətini ekran obrazından ayıra bilmir. Buna görə də şər və yaramaz rollar oynayan aktyorlar real həyatda sərt tənqidlərlə üzləşirlər.
Hafta.az-ın yazdığına görə, hətta bəzi aktyorlar məhz belə nifrət dalğasına tab gətirə bilməyib öz peşələrini tərk etmək məcburiyyətində qalırlar. Bunlardan bəziləri haqda söhbət açaq:
Cek Qlison, Ceffri Baratheon rolunda
"Taxt Oyunları"nın dörd mövsümü ərzində Cek Qlison gücə can atan sadist Ceffri Baratheonu o qədər ustalıqla oynadı ki, televiziya tarixinin ən nifrət edilən yaramazlarından birinə çevrildi. Fanatları Qlisonu Ceffridən fərqləndirə bilmədiyi üçün istedadlı aktyor onlayn hücumlara və təhdid məktublarına məruz qalıb. Qlison 2014-cü ildə serialın son epizodundan qısa müddət sonra aktyorluqdan təqaüdə çıxdığını elan etdi.

Tomas F. Uilson - Biff Tannen rolunda
Tomas F. Uilson 80-ci illərdə Maykl J. Foksla birlikdə "Gələcəyə Qayıt" trilogiyasında rol aldığı zaman şöhrət qazandı və bu, bəzi pərəstişkarlarının Uilsona mənfi reaksiya göstərməsinə səbəb oldu. Aktyor bir rolun əsiri olduğunu və reputasiyasının aktyordan öndə olduğunu etiraf etməli idi.
Tomas deyir: "Tamaşaçılarda belə bir təəssürat yarandı ki, mən filmdə Maykl J. Foksu təhqir edən dəhşətli insanam".

Lina Hadey - Cersey Lannister rolunda
“Game of Thrones” serialında Cersey Lannister obrazı ilə tanınan Lina Hadey üçün asan olmayıb. Onun obrazı kino tarixinin ən nifrət edilən personajlarından biridir və bu, aktrisanın özünə də təsir etməyə bilməzdi.
2012-ci ildə San Diego Comic-Con-da Hadey pərəstişkarlarının ona məhəl qoymadıqlarını söylədi: “Mən şouda ən çox sevdiyim personajlar olan Peter Dinklage və Emilia Klark arasında oturmuşdum. Mənə demək olar ki, diqqət yetirmirdilər. İnsanlar Pitdən avtoqraf almaq üçün mənə kitablar verir və sanki onları söyəcəkmiş kimi məndən uzaqlaşırdılar”.

Ceffri Din Morqan - Neqan rolunda
Cefri Din Morqan da "Cəsədlər" serialındakı rolu sayəsində ekranın ən pis obrazlarından birinə çevrilib. O, həm internetdə, həm də şəxsən pərəstişkarlarının qəzəbinə tuş gəlməyə başladı və xatırladıb ki, tanımadığı yaşlı qadın onun həmsöhbəti Norman Ridusla birlikdə olarkən onu təhqir edib: “Bütün günü motosiklet sürdük, nəticədə yolda qaldıq, şəhərətrafı ərazidə qəhvə içmək üçün dayandıq. 80 yaşlarında bir qadın avtomobilimizin yanına gəldi və mənə orta barmağını göstərdi və təhqir edib getdi.