Mənzildən 23 min manat oğurlandı

12:13 19.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda mənzildən oğurluq edilib.

Hafta.az DİN-ə istinadən xəbər verir ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.