Mərakeşin əhalisi COVİD-19-a qarşı pulsuz aşılanacaq

11:55 09.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Əlahəzrət Kral VI Məhəmməd, bütün mərakeşlilərin COVID-19 pandemiyasına qarşı pulsuz aşılanması üçün hökumətə göstəriş verib”.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Mərakeşin Kral İdarəsi yayıb. Məlumatda deyilir ki, sözügedən qərar ilk deyil və Kral VI Məhəmməd koronavirus pandemiyası yayıldığı ilk gündən xalqla birlikdədir.

"Əlahəzrət Kral VI Məhəmməd, bütün mərakeşlilərin COVID-19 pandemiyasına qarşı pulsuz aşılanma üçün hökumətə göstəriş verib”.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı Mərakeşin Kral İdarəsi yayıb. Məlumatda deyilir ki, sözügedən qərar ilk deyil və Kral VI Məhəmməd koronavirus pandemiyası yayıldığı ilk gündən xalqla birlikdədir.

“Mərakeşdə məlum pandemiyaya qarşı kütləvi aşılanma prosesinə önümüzdəki həftələrdə start veriləcək. İlk olaraq tibb işçiləri, ictimai qurum işçiləri, təhlükəsizlik qüvvələri, təhsil sektorunda çalışanlar, əhalinin yaşlı təbəqəsi və risk qrupuna daxil olan digər insanlar aşılanacaq. Bundan sonra isə əhalinin qalan hissəsinə peyvənd vurulacaq. Hesab edirik ki, bütün mərakeşlilər virusa qarşı peyvənd olunacaqlar və xalq əvvəlki kimi, normal, sağlam həyata qayıdaraq, sülh və əminamanlıq şəraitində yaşamağa başlayacaq” deyilən məlumatda qeyd olunur ki, sitat: Əlahəzrət Kral, bu pandemiyanın yaranma səbəblərinə və yayılmasına qarşı mübarizə tədbirlərinin davamlı monitorinqi çərçivəsində, noyabrın 9-da “Covid-19-a qarşı aşılanma strategiyası” adlı işgüzar iclasda bu barədə qərarını açıqlamışdı. Həmin iclasda Mərakeşin Baş naziri Sadəddin əl-Osmani, Kralın sözçüsü Fuad Əli əl-Himmə, Daxili işlər naziri Abdul Vafi Laftit, Xarici işlər və Beynəlxalq əməkdaşlıq naziri Nasır Burita, Səhiyyə naziri Xalid Ait Talib, Kraliyyət Silahlı Qüvvələrinin Baş müfəttişi, general Əbdülfəttah əl-Varak, Jandarm Qüvvələrinin komandanı, general Məhəmməd Hermo, Silahlı Qüvvələrin Hərbi Tibb İdarəsinin Baş müfəttişi, general Məhəmməd əl-Abbar və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Abdullətif əl-Hamuşi iştirak edib. Odur ki, hökumət Kralın təlimatı əsasında bu prosesi ən yaxın vaxtda və yüksək peşəkarlıqla həyata keçirəcək.