Mərkəzi Bankda yeni təyinat

14:20 20.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub.

 

Hafta.az xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub.

 

Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda alıb. Həmçinin 2012-ci ildə Çexiyanın Çarlz Universitetində "Mühasibatlıq və qiymətləndirmə" kursunu bitirib.

 

2013-2014-cü illərdə Dövlət Proqramı çərçivəsində "Queen Mary" London Universitetində Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.

 

2016-2017-ci illərdə ABŞ-də yerləşən Qlobal Risk Peşəkarları Assosiasiyasının (GARP) "Maliyyə risklərinin idarə edilməsi" proqramını bitirib və beynəlxalq FRM sertifikatını alaraq bu assosiasiyaya üzvlük haqqı əldə edib.

 

2012-2013-cü illərdə "Hyatt Hotels Corporation"da auditor, 2014-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankının Risklərin idarə edilməsi departamentində baş mütəxəssis, 2018-2022-ci illərdə "PAŞA Bank" ASC-nin Bazar Risklərinin İdarə Edilməsi şöbəsinin rəhbəri, 2022-2023-cü illərdə "AccessBank"da Risklərin idarə edilməsi departamentinin direktoru vəzifələrində çalışmışdır.

 

Məhəmməd Məhərrəmli 2023-cü ildən Mərkəzi Bankda çalışır. (banker.az)

Oxunma sayı 137