Mərkəzi Bankın ehtiyatları 140,1 milyard dollarla rekord qırdı

09:05 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) cəmi ehtiyatları dekabrın ilk həftəsində əvvəlki həftəyə görə 3 milyard 656 milyon dollar artaraq 140 milyard 149 milyon dollara çatıb və bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Hafta.az-ın yazdığına görə, müvafiq olaraq, dekabrın 1-nə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 2 milyard 236 milyon dollar artaraq 93 milyard 233 milyon dollar olub. Ümumi valyuta ehtiyatları noyabrın 24-də 90 milyard 997 milyon dollar səviyyəsində idi.

Sözügedən dövrdə qızıl ehtiyatları 1 milyard 420 milyon dollar artaraq 45 milyard 496 milyon dollardan 46 milyard 916 milyon dollara yüksəlib.

May ayının sonu ilə dekabrın 1-də bitən həftə arasında cəmi ehtiyat 42,3 faiz artaraq 41 milyard 691 milyon dollar yüksəlib.