Məşhur aktyor 85 yaşında öldü

13:05 18.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məşhur aktyor Devid Uizerli 85 yaşında vəfat edib.

"Üzüklərin Hökmdarı: Üzük Qardaşlığı" (2001) filmində "Prancing Pony" mehmanxanasının sahibi Barliman Batterbur obrazı ilə tanınan aktyor Devid Uizerli 85 yaşında dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "The New Zealand Herald" qəzeti məlumat yayıb.

Nekroloqda Uizerli teatr, radio, kino və televiziya sahələrində tamaşaçıları öz ifası ilə təsirləndirən və beynəlxalq şöhrət qazanan istedadlı sənətkar kimi təqdim edilib.