Məşhur birtaniyalı rok-musiqiçi Rocer Uoters müstəqil jurnalist Qlen Qrinvalda müsahibə verib.
Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Uoters müsahibəsində "Həmas" və Fələstini müdafiə edib.
Uoters deyib: “Qəzza sərhədində İsrailin 11 hərbi bazası var. Heç nə görmədilər? Fələstinlilər hər şeyi partlatmağa başlayanda onlar nə etdilər? Bütün bunlar çox şübhəlidir”.
"Həmas"ın oktyabrın 7-də nə etdiyini bilmirik. Bəs onların işğala qarşı mübarizə aparmaq hüququ varmı? - Cenevrə Konvensiyasına görə, bəli, onlar mütləq müqavimət göstərməyə borcludurlar! Bu, onların borcudur”, -deyə ingilis rok ulduz bildirib.
O, həmçinin əlavə edib: “Ölən ilk 400 nəfər İsrail əsgərləridir. Bu, müharibə cinayəti deyil. Mülki əhalinin öldürülməsi ilə bağlı istisna hallar olub. Mən bunu mütləq qınayıram. Amma israillilər mətbuata bütün sərhədləri aşan yalanlar atırlar. Başları kəsilmiş körpələrlə bağlı nağıllar uydururlar”.