Məşhurlar aya gedir - Aktyor, DJ, müğənni...

15:19 09.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Yapon milyarder Yusaku Maezava gələn il SpaceX raketi ilə Ay səyahətində onu müşayiət edəcək məşhur 8 nəfərlik komandanı açıqlayıb.

Xəbəri sosial mediada paylaşan Maezawa, sahibkar İlon Maskın SpaceX raketlərindən biri ilə edəcəyi səyahətdə onu ABŞ-lı DJ və prodüser Stiv Aoki, YouTuber Tim Dodd, rejissor Brendan Hall, çexiyalı rəssam Yemi A.D. İrlandiyalı fotoqraf Rhiannon Adam, britaniyalı fotoqraf Kərim İliya hind aktyoru Dev Coşi və Cənubi Koreyalı K-pop ulduzu, T.O.P kimi tanınan Choi Seung-hyun onu müşayiət edəcəyini deyib.

ABŞ snoubordçusu Keytlin Farrinqton və yapon rəqqasə Miyu da ehtiyat ekipaj üzvləri kimi siyahıdadır.

Keçən il Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) "Soyuz MS-20" kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedən Maezava 12 günlük kosmos səyahətini uğurla başa vurub və sosial şəbəkədə an-an yaşadıqlarını paylaşıb.

Oxunma sayı 2067