Messinin heykəli söküləcək

23:32 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 metrlik Lionel Messi heykəli təhlükəsizlik səbəbilə Hindistanda başqa yerə köçürüləcək.

Hafta.az xəbər verir ki, Argentina millisinin və "İnter Mayami"nin hücumçusunun abidəsi 2025-ci ilin dekabrında Kolkatada futbolçunun ölkə turu zamanı açılmışdı.

BBC-nin Hindistan mediasına istinadən yaydığı məlumata görə, İctimai İşlər Departamentinin (PWD) mühəndisləri yerli sakinlərin şikayətlərindən sonra heykəli yoxlayıb və abidənin konstruksiyasında ciddi problemlər aşkarlayıblar. Bundan sonra onun dərhal sökülərək başqa yerə daşınmasına qərar verilib.