Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir - FOTO

15:50 03.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir.

Hafta.az xəbər verir ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin fevralın 3-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiq edilib.