Metro işçisi ürək dayanmasından öldü

10:05 20.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı metrosunda ölüm baş verib.

Bu barədə hafta.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O qeyd edib ki, bu gün səhər saatlarında metropoliten stansiyaları sərnişin girişinə açılmazdan əvvəl süni qurğular təmirçisi, 1961-ci il təvəllüdlü Vamiq Həsənov gecə növbəsindən işdən çıxarkən ürək dayanmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!