Metroda aktiv koronavirus xəstəsi saxlanıldı

17:15 19.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Metropoliteninin "Koroğlu" stansiyasında aktiv koronavirus xəstəsi müəyyən olunub.

 

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

 

E.Hacıyev bildirib ki, polis əməkdaşları tərəfindən saxlanılan 1981-ci il təvəllüdlü Rövşən Abdulovun saxlanılaraq müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

 

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir.