Metroda oğurluq olub

11:54 21.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Metropolitendə Polis Şöbəsinə metronun “İnşaatçılar” stansiyasında Xırdalan şəhər sakini L.Hacıbabayevanın çantasından mobil telefonunun və içərisində pulu, şəxsiyyət vəsiqəsi, iki bank kartı olan cüzdanının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Əliyev müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 25