Metroda tibbi maskadan istifadə etməyənlərə qarşı tədbirlər keçirilir

21:43 24.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə mülki geyimli polis əməkdaşları metropolitendə tibbi maskadan istifadə etməyən şəxslərlə bağlı nəzarət-profilaktik tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, tədbirlər fasiləsiz davam etdiriləcək.

“Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq olunur. Hərəkət iştirakçılarını qaydalara əmələ etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında bildirilib.