Məzar daşları sexindən oğurluq edən şəxs saxlanılıb - VİDEO

12:06 10.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən məzar daşlarının hazırlanması və təmiri sexindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə sexin qapısını sındıraraq içəri daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə,

Daha sonra oradan 2 ədəd noutbuk və 1 ədəd məzar daşlarının hazırlanmasında istifadə edilən avadanlığı oğurlayıb. Hadisə zamanı zərərçəkən sex sahibinə ümumilikdə 6500 manat maddi ziyan dəyib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən sexdə əvvəllər usta işləyən Qurban Bayramov saxlanılıb. Həmin şəxsin obyektdən oğurladığı əşyalar müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.