Yazını böyüt
Yazını kiçilt
Bu gün müəammalı ölümlərin araşdırılması, şəxsiyyətin təyin edilməsi və bu kimi digər hallarda məzarların açılması prosesi həyata keçirilir. Məzarın açılması hüquqi termin olaraq "ekshumasiya" adlanır. İslam qaydalarına görə bəzi istisnalar olmaqla məzarın açılması qadağandır. Bəs görəsən hüquqi baxımdan hansı hallarda qəbirlər açıla bilər?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən hüquqşunas İlqar Musayev bildirdi ki, məzarların açılması ancaq məhkəmə qərarından sonra mümkün ola bilər. Həmçinin bu halın araşdırması üçün əsaslar lazımdır:
“Bu əsaslara gəldikdə isə standart olaraq elə bir qaydalar toplusu yoxdur. Kəskin ehtiyac olduğu zaman məhkəmənin qərarı ilə məzar açıla bilər. Səbəblər isə müxtəlif ola bilər”.