Mikayıl Cabbarov İİB-nin İllik Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

20:30 28.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankının (İİB) İllik Toplantısı çərçivəsində keçirilən "COP29-a doğru" dəyirmi masada iştirak edib.

Hafta.az xəbər verir ki, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində bildirib.

"Dəyirmi masada iqlim dəyişikliyi ilə mübarizədə təşəbbüslərin prioritet istiqamətləri barədə müzakirələr apardıq:

- Yaşıl artım və Azərbaycanın dayanıqlı enerji potensialının reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər;
- Qlobal iqlim öhdəliklərini reallığa çevirmək üçün birgə fəaliyyətin təşviqi;
- Bərpaolunan enerji layihələri üçün mərkəzləşmiş maliyyələşmə mexanizmlərinin yaradılması", - deyə nazir qeyd edib.