Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri ilə görüşüb

14:14 28.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səudla görüşərək iqtisadi inkişaf hədəflərini müzakirə edib.

Hafta.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov sosial şəbəkədə bildirib.

“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz çərçivəsində bu ölkənin energetika naziri, Zati-aliləri Əbdüləziz bin Salman Əl-Səud ilə görüşdə ölkələrimizin iqtisadi inkişaf hədəfləri, energetika sahəsində birgə fəaliyyət və ortaq təşəbbüslərin perspektivləri barədə fikir mübadiləsi apardıq”, – o qeyd edib.