Yazını böyüt
Yazını kiçilt
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkənin investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Hafta.az bildirir ki, bu barədə M.Cabbarov "X" sosial şəbəkəsində yazıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin intensiv inkişafını məmnunluqla vurğulanıb.
"Ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə etdik", - deyə nazir bildirib.