Yazını böyüt
Yazını kiçilt
"Təklif edirəm ki, mikro sahibkarlar üçün güzəştin verilməsi bərpa edilsin".
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əli Məsimli deyib.
Deputat qeyd edib ki, Vergi Məcəlləsində mikro sahibkarlar üçün nəzərdə tutulmuş 5 %-lik gəlir vergisinin 20%-ə qaldırılması cəmiyyətdə narazılıq yaradıb.
“Məhz mikro və kiçik sahibkarlığın dairəsinin genişləndirilməsi, Azərbaycanda onun özünə layiq səviyyədə yer tutması, ümumi iqtisadi keyfiyyətin artırılmasında mühüm rol oynayacaq".