Milanın mərkəzində güclü partlayış olub

15:31 11.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında İtaliyanın Milan şəhərinin mərkəzində partlayış olub.

Hafta.az bu barədə xarici mətbuata istinadən xəbər verir. Hadisə nəticəsində bir neçə avtomobil yanıb. Partlayışla əlaqədar yaxınlıqda yerləşən məktəbdən şagirdlər təxliyə edilib.

Xəsarət alanların olub-olmaması barədə hələki məlumat yoxdur.

Yerli polisin verdiyi məlumata görə, ilkin ehtimala əsasən partlayış park edilmiş furqonlu avtomobildəki qaz balonundan olub.