Millət vəkili vətəndaşları itaətsizliyə çağırdı

10:42 29.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Knessetindəki ərəb millət vəkili Ayman Avde, ölkənin ərəb şəhərlərində artan cinayət nisbətinə etiraz üçün vətəndaş itaətsizliyinə əl atmağı və hərtərəfli tətilə çıxmağı təklif edib.

Hafta.az-ın yazdığına görə, İsrail Yayım Korporasiyasının ərəb dilli yayımçısı “Mekan” Radiosuna danışan Avde, “Görünməmiş cavablara ehtiyacı olan tarixi böhran içindəyik. Biz vətəndaş itaətsizliyini, üç gün və ya daha çox davam edən geniş və dərin tətili, ərəb şəhərlərinin çıxışlarını bağlamağı, dövlətin iqtisadi həyatını pozmaq üçün üzərində işləməli olduğumuz variantı istisna etməməliyik. Biz bunları dərindən araşdırmalıyıq”, - deyə o bildirib.

Avde bəyan edib ki, Knessetdə ərəb deputatların kütləvi şəkildə istefaya getməsi və ya ərəb yerli hökumət başçılarının istefası kimi başqa variant da istisna olunmamalıdır.

Avdenin açıqlamaları ərəb cəmiyyətində cinayətin səngimədən davam etdiyi bir vaxta təsadüf edib. Ötən gecə Sakhnin şəhərindən olan 30 yaşlı Əli Hayrullah Əbu Salih avtomobili ilə yolda hərəkətdə olarkən naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb. Qatillər hadisə yerindən qaça bildiyi halda, polis onları tapmaq üçün ərazidə araşdırmalara başlayıb.

Qeyd edək ki. ötən ildən indiyədək - Əbu Salehin öldürülməsi də daxil olmaqla qətl qurbanlarının sayını 160-a çatdırıb.