Millət vəkilinin mandatı ləğv edildi

14:12 12.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qırğızıstan Parlamentinin üzvü Temirlan Aytiyevin mandatı vaxtından əvvəl ləğv edilib.

Hafta.az yazır ki, bu qərar Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyanın (MSK) iclasında qəbul edilib.

Qeyd edildiyi kimi, MSK əvvəllər millət vəkilinin şəxsi istefa ərizəsini almışdı. Buna əsasən, Aytiyevin səlahiyyətləri ləğv edilib.

Aytyev 20 saylı çoxmandatlı seçki dairəsindən Parlamentə seçilmişdi.