Milli Məclis 2023-cü il dövlət büdcəsinin icrasını təsdiqlədi

12:35 14.06.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə edilib.

Hafta.az-ın məlumatına görə, layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlərinin 35 236 394,3 min manat, xərclərinin 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.