- ABŞ rəsmiləri Polşanın milli qəhrəmanı Tadeuş Koştyuşkonun məqbərəsində tapılan müəmmalı qurğuşun qutunu açıblar.
Hafta.az-ın yazdığına görə, Amerika İnqilab Müharibəsində Corc Vaşinqtonun tərəfində də vuruşmuş Koşçiuşkonun məzarı ABŞ ordusunun West Point akademiyasında idi.
2021-ci ildə abidənin altında qurğuşun qutu tapılıb. Səlahiyyətlilər müəyyən ediblər ki, bu sirli qutu 1828-ci ildə abidənin üzərinə qoyulub.
Akademiya ötən həftə möhtəşəm bir mərasimlə qutunu açıb. Hərbçilərdən və ekspertlərdən ibarət komandanın da daxil olduğu açılış mərasimi böyük şokla başa çatıb. Çünki sirli qurğuşun qutu boş çıxıb.
Qutunun içində nə ola biləcəyi ilə bağlı çoxlu fərziyyələr vardı. Bəzi tələbələr Amerika bayrağı tapacaqlarını, bəziləri isə gündəlik tapacaqlarını iddia edirdilər.
Mərasimin əvvəlində West Point-in dekanı, briqada generalı Şeyn Rivz "Bu böyük an üçün çox həyəcanlı olduğunuzu bilirəm" deyib.
Yeri gəlmişkən, qutunun boş ola biləcəyini düşünənlər arasında Rivz də var idi.
Yenə də ekspertlər qutunun özünün olduqca nadir bir parça olduğunu söyləyirlər. Qutu dairə şəklində bir sıra konsentrik simvollarla bəzədilib.
Mərasim zamanı qutunu açan ekspert "Bunun Koştyuşko və ya akademiya ilə hər hansı əlaqəsi olduğuna əmin deyilik" deyib.
Mərasim akademiyanın YouTube səhifəsində də canlı yayımlanıb.
Koştyuşko kim olub? O, yoxsullaşmış zadəgan ailəsinə mənsub idi. Hərbi təhsilini Varşava və Fransada alıb. Hərbi məktəbi bitirdikdən sonra Polşa ordusuna daxil olub. 1776-cı ildə Amerikaya gedib və ABŞ-ın güclü tərəfdarı olduğu üçün Amerika Vətəndaş Müharibəsində iştirak edib. General Vaşinqtonun rəhbərliyi altında işləyən Koştyuşko 1784-cü ildə vətənə qayıdıb.
1794-cü ildə Polşa inqilabi qüvvələrinə rəhbərlik edən və Krakovda ruslarla döyüşdə qalib gələn Koştyuşko 1797-ci ildə yenidən ABŞ-a gedib.
Bu arada, Konqres ona Vətəndaş Müharibəsi zamanı faydalı olduğu üçün böyük bir torpaq sahəsi hədiyyə edib.