Mina hadisəsi nəticəsində 33 nəfər zərər çəkib

14:47 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə baş vermiş 24 mina hadisəsi nəticəsində 33 nəfər zərərçəkən qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatında bildirilib.

Məlumata görə, mina partlamaları nəticəsində 1 nəfər həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

"ANAMA işğaldan azad edilmiş ərazilərdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları yerlərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan hissələrə müdaxilə etməməyə çağırır".