Mingəçevirdə qaz kəsiləcək

09:49 26.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində qazın verilməsi bir müddətlik dayandırılacaq.

Hafta.az-ın məlumatına görə, saat 10:00-dan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin Təbriz, Z.Həsənova, Babək, Koroğlu, Y.Muradov və Niyazi küçələrində təbii qazın verilişində fasilə olacaq.

Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.