Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başlayıb

16:41 28.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

Hafta.az xəbər verir ki, F qrupunda yer alan yığma Avstriya seçməsi ilə qarşılaşıb. 

Qarşılaşma komandamızın minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu ikinci hissədə İsa Atayev vurub.

Qeyd edək ki, millimiz qrupda növbəti matçlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.