Yazını böyüt
Yazını kiçilt
Almaniyanın keçmiş kansleri Angela Merkel bildirib ki, Minsk razılaşmaları “Ukraynaya vaxt vermək” üçün imzalanıb. Bu barədə hafta.az “Die Zeit” qəzetinə istinadən xəbər verir.
“2014-cü il Minsk razılaşması Ukraynaya vaxt vermək cəhdi idi. O, bu gün göründüyü kimi, daha güclü olmaq üçün bu vaxtdan istifadə etdi. 2014-2015-ci illərin Ukraynası müasir Ukrayna deyil”, - Merkel bildirib.
O qeyd edib ki, münaqişənin dondurulduğu və problemin həll olunmadığı “hamıya aydın idi”, “amma bu, Ukraynaya əvəzsiz vaxt verib”. O, o vaxt NATO ölkələrinin Kiyevə indiki qədər dəstək verə biləcəyinə şübhə etdiyini bildirib.