Mişustin nəqliyyat nazirinin müavinini işdən çıxarıb

19:24 24.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya Federasiyası nəqliyyat nazirinin müavini Aleksandr Suxanovu vəzifəsindən azad edib. Müvafiq sərəncam Hüquqi İnformasiyanın Rəsmi İnternet Portalında dərc olunub.

Sənəddə göstərilir ki, Suxanov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Daha əvvəl bildirilmişdi ki, nəqliyyat təhlükəsizliyi məsələlərinə nəzarət edən Aleksandr Suxanov Krım körpüsündə baş verən partlayışdan sonra istefa vermək niyyətindədir.