Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik - XİN

15:23 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Moldova ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edir.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə “Twitter” səhifəsindəki paylaşımda deyilir.

"Bu gün Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan-Moldova əməkdaşlığının daha da inkişaf edəcəyinə ümid edirik", - deyə paylaşımda bildirilir.