Yazını böyüt
Yazını kiçilt
Moldova Avropa enerji şəbəkəsinə qoşulmaqla Rusiya qazından tamamilə imtina edə bildi, deyə respublikanın baş naziri Dorin Recean bildirib. Onun sözlərini RİA Novosti sitat gətirir.
“Əgər əvvəllər Moldovanın istehlak etdiyi enerji resurslarının 100 faizi Rusiyadan idisə, indi respublika Rusiyadan qaz və elektrik enerjisi almadan da öhdəsindən gələ bilər. O, həm texniki, həm də kommersiya baxımından Avropanın enerji şəbəkəsinə inteqrasiya olunub”, - deyə R.Recean Qara dəniz və Balkan regionlarının təhlükəsizliyinə dair forumda iştirak etdiyi Rumıniyaya işgüzar səfəri zamanı jurnalistlərə bildirib.