Moldova və Ukrayna iki dövlət arasında sərhədə birgə nəzarəti təşkil edəcək. Bunu Moldova Daxili İşlər Nazirliyinin rəhbəri Anna Revenko cümə axşamı Kişinyovda keçirilən təhlükəsizlik və sərhədlərin möhkəmləndirilməsi üzrə Şərq Forumunda deyib.
"Bizim və Ukrayna sərhədçiləri Moldova sərhədinin şərq hissəsində yerləşən keçid məntəqəsində Avropa standartlarına uyğun olaraq insanların və yüklərin axınına birgə nəzarət edəcəklər. Ukrayna sərhədçilərinin respublika ərazisində yerləşdirilməsi qərarı əsaslıdır", - deyə Revenko bildirib.
Ümumilikdə, Moldova-Ukrayna sərhədində 35 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir, daha 21 məntəqə tanınmamış Dnestryanı və Ukraynanın sərhəddində yerləşir - onların işi Ukrayna tərəfinin qərarı ilə fevral ayından dayandırılıb.