Monqollar da ayağa qalxdı - Gömrükdəki korrupsiya ilə bağlı...

18:54 05.12.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Monqolustan parlamenti fövqəladə vəziyyətin tətbiqini nəzərdən keçirir. Ulan-Batorun hakimiyyət orqanları etirazçıları zorla dağıtmaq barədə əmr verib.

Hafta.az xəbər verir ki, bu barədə Monqolustanın Zarig.mn nəşri məlumat yayıb.

Bazar ertəsi, dekabrın 5-də Monqolustanın paytaxtı Ulan-Batorda Çinə kömür ixracıyla bağlı korrupsiya qalmaqalı ilə əlaqədar keçirilən kütləvi etiraz aksiyasının iştirakçıları Hökumət Sarayına basqın ediblər. Polis aksiya iştirakçıları yerli vaxtla saat 22:00-a (Bakı vaxtı ilə 18:00) qədər dağılmayacağı təqdirdə kortəbii mitinqi zorla dağıtmağa hazır olduqlarını açıqlayıb.

Ulan-Batorda etirazlar ötən gecə başlayıb. Buna səbəb Çinə çatdırılması planlaşdırılan 12,9 milyard dollarlıq kömürün oğurlanması ilə bağlı məlumat olub. Yerli media Monqolustandan çıxarılan kömürün miqdarının Çin tərəfinin aldığı kömürdən fərqli olduğunu bildirib.

Gömrük nəzarətindən yan keçərək Çinə kömür ixracı ilə bağlı işin istintaqından narazılıq ucbatından insanlar Monqolustan paytaxtının baş meydanına çıxıblar.

Çin hakimiyyəti artıq kömür oğurluğunda iştirak edən bütün məmurların edam edildiyi barədə məlumat verib. Çin tərəfi bu işlə bağlı monqol siyasətçilərinin adlarını Monqolustanın baş nazirinə göndərib.

Etirazçılar əsasən tələbələr və gənclərdir. Onlar kömür oğurluğunda əli olan şəxslərin məsuliyyətə cəlb edilməsini, qiymət artımının məhdudlaşdırılmasını, həmçinin məmurlarla əlaqə saxlamağı tələb edirlər.

Oxunma sayı 1447
Dünya rubrikasından digər xəbərlər