“Numbeon”un qəbul edilən istehlakçı və daşınmaz əmlak qiymətlərini nəzərə alaraq yaratdığı yaşayış dəyəri indeksi yenilənib.
Hafta.az-ın yazdığına görə, Nyu-Yorka 100 baldan 100 bal verilib, İsveçrə və ABŞ şəhərləri digər şəhərlərin müqayisə edildiyi indeksdə ən yüksək pillələrdə qərarlaşıb, Rusiya və Türkiyə şəhərləri isə geridə qalıb. Yəni bu şəhərlər avro və ya dollar qazanan adam üçün “ucuz” olub.
İndeksdə İstanbul 267-ci, Moskva isə 268-ci yerdədir. Antalya bu iki şəhərdən də arxadadır.
Rusiyanın "şimal paytaxtı" Sankt-Peterburq Kiyevdən iki pillə geridə olmaqla 302-ci yerdə qərarlaşıb. Sankt-Peterburqda yaşayış xərcləri Bursadakı ilə eyni səviyyədədir.
Dünyada yaşayışın ən bahalı olduğu 5 şəhər Hamilton (Bermud adaları), Sürix, Bazel, Lozanna (İsveçrə) və San Xosedir (ABŞ).
Son illər Yaponiya yeninin dollara nisbətdə 50 faizə yaxın ucuzlaşması səbəbindən hər zaman siyahının başında olan Yaponiya şəhərləri ucuzlaşaraq geriləyiblər.