Yazını böyüt
Yazını kiçilt
2022-ci ildə Rusiyada ətir qiymətləri 28 faiz artıb. Mütəxəssislərin qənaətincə, hesablamalar bu il də yüksəlişin davam edəcəyini göstərir. Xəbərə görə, bəzi ətirlərin qiyməti hətta Moskvada orta əməkhaqqının yarısına yaxındır.
Hafta.az “Moskovskiy Komsomolets”ə istinadən yazır ki, istehsalçı bazardan çəkildiyi üçün paralel idxalla Rusiyaya daxil olan 75 milliqram həcmində ətirin satış qiyməti 40-45 min rubl və ya 500-600 dollar arasındadır. Adı açıqlanmayan məhsula yüksək qiymətə baxmayaraq, böyük tələbat olduğu bildirilir.
Digər tərəfdən, qəzetin Moskvadakı mağazaları dolaşan müxbirləri bəzi nöqtələrdə məhsulun tapılmadığını bildiriblər.