Moskvada bayram namazından əvvəl bəzi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir.
Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, Bələdiyyə Milli Siyasət və Regionlararası Əlaqələr İdarəsi bayram namazının evdə qılınmasını tövsiyə edib.
Xəbərə görə, idarə həmçinin təhlükəsizlik baxımından məscidlərdən onlayn yayım və evdə namaz qılmaq barədə müsəlmanların məlumatlandırılmasını aidiyyəti qurumlardan istəyib.
Bayram namazı 10 aprel çərşənbə günü qılınacaq.
Digər tərəfdən, RBC-nin məlumatına görə, Moskva müftisi İldar Alyautdinov paytaxt hakimiyyətinin müsəlmanlara “bayram namazını evdə qılmağı” tövsiyə etdiyi barədə məlumatın saxta olduğunu bildirib.
"Belə məlumatlar cəmiyyətimizdə nifaq salmağa yönəlmiş şayiələrdir, hər şey həmişəki kimi olacaq", - Alyautdinov bildirib.
Moskvada məscidlərin çox az olması səbəbindən hər il bayram namazı küçələrdə qılınır.