Moskvada ən bahalı kirayə mənzilləri əcnəbilər tutur

11:00 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada yüksək büdcəli mənzil kirayəsi bazarında əcnəbilərin payı son bir ildə 2-3 bənd artıb. Bununla belə, RBC qəzeti yazır ki, bu artıma baxmayaraq, sözügedən pay agentlikdən asılı olaraq 5-15 faiz arasında dəyişməkdə davam edir. Ukraynaya qarşı hərbi təcavüzdən əvvəl bu göstərici 20-35 faiz arasında idi.

Hafta.az-ın yazdığına görə, əvvəlki illərlə müqayisədə son vaxtlar diqqətəlayiq yenilik BRİCS ölkələrindən olan əcnəbilərin çəkisi olub. Xəbərə görə, yüksək büdcəli kirayəçilər arasında qərbliləri çinlilər, hindlilər, cənubi koreyalılar, iranlılar və hətta çilililər əvəzləyib. Avropalı müştərilər arasında italyanların sayının artdığı da bildirilir.

“İntermark”dan Yelena Kulikova bildirib ki, yüksək büdcəli kirayəçilər arasında Türkiyə vətəndaşları da seçilir. Kulikova qeyd edir ki, türk kirayəçilər çox vaxt avropalı yüksək səviyyəli rəhbərləri əvəz edirlər.

Qəzetə danışan daşınmaz əmlak agentliklərinin nümayəndələri yüksək büdcə kateqoriyasını ayda 100-150 min rubl və 300 min rubl arasında xarakterizə edirlər. Müqavilələrin orta qiyməti 220 min rubl (2400 dollar) təşkil edir.

Oxunma sayı 154