Müdafiə Nazirliyinin Türkiyəyə səfəri davam edir - FOTO

22:47 29.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Dövlət Sərhəd Xidmətinin rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndələr İzmir şəhərində yerləşən "Doğanbey" təlim sahəsinə gələrək Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olublar.

Qonaqlara sərgidə nümayiş etdirilən aviasiya vasitələri, pilotsuz uçuş aparatları, silah və döyüş texnikası ilə bağlı ətraflı məlumat verilib.

Siyasət rubrikasından digər xəbərlər