Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başa çatıb

11:56 23.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

23 may saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə biliblər.