Müəllimlərin vakansiya seçimi yekunlaşdı

12:11 23.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi bu gün saat 1.00-da yekunlaşıb.

Hafta.az-ın məlumatına görə, müddətli müqavilə ilə vakansiya seçiminə avqustun 21-də start verilmişdi.


Müəllimliyə hər bir namizədə müddətli müqavilə ilə 4 vakant yer seçmək imkanı yaradılmışdı.

"İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə çıxarılıb.