Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminə başlanılır

19:04 22.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.

Hafta.az xəbər verir ki, 23 may saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Müsabiqə üzrə vakansiya seçimi 26 may saat 11:00-dək davam edəcək. Müəllimlər qeyd olunan tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləmək tövsiyə olunub.