Müğənni Teylor Svift karyerasına bir il fasilə verəcək

10:19 09.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Forbes” jurnalına görə 2024-cü ildə dünyanın ən zəngin qadın müğənnisi, amerikalı pop ulduzu Teylor Svift növbəti ildə karyerasına fasilə verəcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, o, iki il fasiləsiz davam edən “The Eras Tour”dan çox yorulub və sağlamlığını bərpa etmək üçün 2025-ci ildə konsert verməmək qərarına gəlib.

Taylor Svift 2023-cü ilin martından 2024-cü ilin dekabrına qədər müxtəlif ölkələrdə 150 ​​dəfə çıxış edib. Beş qitəni əhatə edən “The Eras Tour”un konsertləri və mahnıları əsasında Svift milyarderlər reytinqində yer alıb.

“Taylor çox yorğundur. Müğənni tam istirahət etmək və resurslarını bərpa etmək üçün yeni ili səbirsizliklə gözləyir”, - “US Weekly” yazır.

Svift 2,5 milyard dollar gəlirlə dünyanın bütün musiqiçiləri arasında ikinci yerdədir. O, 14 dəfə "Qremmi" mükafatının laureatıdır ki, onlardan dördü "İlin ən yaxşı albomu" nominasiyasına layiq görülüb. Rolling Stone və Billboarda görə, Teylor Sviftin mahnıları bütün zamanların ən yaxşı mahnıları və albomları siyahısındadır.